QR CodeQR Code

ABŞ-da məktəbdə atışma nəticəsində 6 nəfər ölüb

28 Mar 2023 02:01

İslamTimes: ABŞ-ın Tennessi ştatının Naşvil şəhərində xristian məktəbində atışma nəticəsində üç uşaq və üç yetkinlik yaşına çatmış şəxs ölüb.


APA-nın məlumatına görə, bu barədə Neşvil şəhərinin Polis Departamenti özünün “Twitter“ səhifəsində məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı qadın məktəbə atəş açıb. Daha əvvəl Reuters polis sözçüsünə istinadən yeniyetmə qızın atəş açdığını bildirib.
“Polis atəş açan şəxsə qarşı tədbir görüb və nəticədə həlak olub”, - deyə polis idarəsindən bildirilib.


Story Code: 1049098

News Link :
https://www.islamtimes.org/az/news/1049098/abş-da-məktəbdə-atışma-nəticəsində-6-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org