0
Tuesday 28 March 2023 - 15:57

Moskva: Enerji infrastrukturuna pilotsuz təyyarələrin hücumu Rusiya üçün ciddi təhlükədir

Story Code : 1049186
Moskva: Enerji infrastrukturuna pilotsuz təyyarələrin hücumu Rusiya üçün ciddi təhlükədir
Rusiyanın energetika naziri Nikolay Şulqinov bu gün bildirib ki, ölkənin əsas enerji infrastrukturuna qarşı mümkün dron hücumları Rusiyanın enerji təhlükəsizliyinə ciddi təhdiddir.

Rusiya enerji obyektlərinin təhlükəsizliyinə həsr olunmuş konfransda çıxışı zamanı Şulqinov Ukraynanın adını çəkmədən bildirib ki, son aylar bu cür infrastruktura bir sıra dron hücumlarını zərərsizləşdirib.

“Reuters” xəbər agentliyinin məlumatına görə, o, bu barədə belə izahat verib: “Əsas hazırkı təhlükə pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə qanunsuz müdaxilə hərəkətləridir.  Bununla bağlı biz Rusiyanın Müdafiə Nazirliyi və ölkənin təhlükəsizlik xidməti ilə əməkdaşlıq edirik.