0
Tuesday 28 March 2023 - 16:52

Rusiyalı mer Ukraynadakı müharibəyə gedir

Story Code : 1049221
Rusiyalı mer Ukraynadakı müharibəyə gedir
Rusiyanın Vorkuta şəhərinin meri Yaroslav Şapoşnikov Ukraynadakı müharibəyə gedəcək.

"Unikal" xəbər verir ki, bu barədə mer özü açıqlayıb.

Şapoşnikovun sözlərinə görə, 5 həmkarı da onunla birgə müharibəyə yollanacaq.

"Artıq Müdafiə Nazirliyinin hərbçisi kimi hərbçilərə birbaşa dəstək olmaq və xüsusi hərbi əməliyyatda iştirak etmək vaxtı çatıb. Beş həmkarım mənimlə Vorkutadan yola düşəcək", - deyə o, qeyd edib.