0
Wednesday 29 March 2023 - 11:02

Ceyhun Bayramov hay hayda Tələvivə gedib

Story Code : 1049362
Ceyhun Bayramov hay hayda Tələvivə gedib
Səfər çərçivəsində, sabah nazir Ceyhun Bayramovun sionist baçılarla görüşləri nəzərdə tutulub. Habelə nazir Azərbaycan Respublikasının işğal olunmuş ərazilərdəki səfirliyinin açılış mərasimində iştirak edəcək.
Qəsb olunmuş ərazilərdə Azərbaycan Respublikasının səfirliyinin açılış mərasimində iştirak etmək üçün bir qrup azərbaycanlı deputatın da tələvivə səfəri gözlənilir.
Azərbaycan Respublikasının sionist rejimin hay hayının gedib vay vayının qaldığı bir zamanında bu rejimdə təntənə ilə səfirlik açması elə bir şəraitdədir ki, bütün işğal olunmuş əraziləri geniş etirazlar bürüyüb və Netanyahunun istefası tələb olunur. İtaətsizlik və tətillər hətta bu rejimin digər ölkələrdəki səfirliklərinə də sirayət edib. Sionist səfirliklərin tətil elan etdikləri zaman isə Azərbaycan Respublikası sionist işğalı altında olan Fələstin torpaqlarında səfirlik açır.  
Belə bir addımın işğal qurbanı olan və bu gün də separatizm təhlükəsi ilə üz-üzə duran Azərbaycan Respublikası üçün ciddi təhlükə yaratdığını deyənlər var.
 
Source : Sahartv
Comment