QR CodeQR Code

Ceyhun Bayramov hay hayda Tələvivə gedib

Sahartv , 29 Mar 2023 11:02

İslamtimes - Martın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstinin sionistlər tərəfindən işğal edilmiş torpaqlarına səfər edib.


Səfər çərçivəsində, sabah nazir Ceyhun Bayramovun sionist baçılarla görüşləri nəzərdə tutulub. Habelə nazir Azərbaycan Respublikasının işğal olunmuş ərazilərdəki səfirliyinin açılış mərasimində iştirak edəcək.
Qəsb olunmuş ərazilərdə Azərbaycan Respublikasının səfirliyinin açılış mərasimində iştirak etmək üçün bir qrup azərbaycanlı deputatın da tələvivə səfəri gözlənilir.
Azərbaycan Respublikasının sionist rejimin hay hayının gedib vay vayının qaldığı bir zamanında bu rejimdə təntənə ilə səfirlik açması elə bir şəraitdədir ki, bütün işğal olunmuş əraziləri geniş etirazlar bürüyüb və Netanyahunun istefası tələb olunur. İtaətsizlik və tətillər hətta bu rejimin digər ölkələrdəki səfirliklərinə də sirayət edib. Sionist səfirliklərin tətil elan etdikləri zaman isə Azərbaycan Respublikası sionist işğalı altında olan Fələstin torpaqlarında səfirlik açır.  
Belə bir addımın işğal qurbanı olan və bu gün də separatizm təhlükəsi ilə üz-üzə duran Azərbaycan Respublikası üçün ciddi təhlükə yaratdığını deyənlər var.
 


Story Code: 1049362

News Link :
https://www.islamtimes.org/az/news/1049362/ceyhun-bayramov-hay-hayda-tələvivə-gedib

Islam Times
  https://www.islamtimes.org