0
Wednesday 29 March 2023 - 14:26

"Ümid edirik ki, Bakı-Tehran münasibətlərində çat müvəqqəti xarakter daşıyır"

Story Code : 1049404
"Ümid edirik ki, Bakı-Tehran münasibətlərində çat müvəqqəti xarakter daşıyır"
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Rusiya XİN başçısı Bakı-Tehran münasibətlərindəki çatın tezliklə aradan qalxacağını söyləyib: “Bu, Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın inkişafına yardım edəcək. Biz öz dostlarımıza mövcud problemlərin həllində kömək etməyə hazırıq”, - o deyib.