0
Wednesday 29 March 2023 - 21:01

Pentaqon: İranın məqsədi Amerikanı İraq və Suriyadan çıxarmaqdır

Story Code : 1049459
Pentaqon: İranın məqsədi Amerikanı İraq və Suriyadan çıxarmaqdır
Mark Milley ötən gün etdiyi çıxışında iddia edib: “İran nüvə silahı istehsal etmək imkanlarını inkişaf etdirmək üçün addımlar atıb və regionda sabitliyi pozmaqla hədələyir”.

ABŞ ordusunun müştərək qərargah rəisi əlavə edib: Əgər İran nüvə silahı istehsal edərsə, ABŞ komandanlığı üçün bir neçə variant var.

Qeyd edək ki, İran İslam Respublikası dəfələrlə bəyan edib ki, nüvə proqramını dinc məqsədlərlə həyata keçirir və nüvə silahı istehsal etmək niyyəti yoxdur. Beynəlxalq Atom Enerjisi Agentliyi də İranın nüvə proqramında sapmaların olmadığını dəfələrlə təsdiqləyib.

Lakin Amerikanın dünyada bəşəriyyətə qarşı nüvə silahından istifadə edən yeganə nüvə ölkəsi olmasına və İkinci Dünya Müharibəsi zamanı Yaponiyanın iki şəhərinin nüvə bombası ilə on minlərlə insanın ölümünə səbəb olmasına baxmayaraq əsassıs ittihamlara baş vurur.