Anadolu agentliyinin məlumatına görə, Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Milli Təhlükəsizlik Şuraları katiblərinin Yeni Dehlidə keçirilən iclasında deyib: Rusiya nüvə gücləri arasında hərbi münaqişənin qarşısının alınmasının vacibliyinə əmindir.
Lakin o, xəbərdarlıq edib ki, Qərbin Ukraynadakı "təxribatçı davranışı" "fəlakətli nəticələrə" səbəb ola bilər, çünki bu, beş nüvə dövlətinin 2022-ci il yanvarın 3-də nüvə müharibəsinin yolverilməzliyini təkrarlayan birgə bəyanatına ziddir.
“Rusiya, öz növbəsində, bu bəyanata tam sadiqdir və məzmununa uyğun olaraq, nüvə silahına malik dövlətlər arasında hərbi münaqişənin qarşısının alınmasının zəruriliyinə əmindir”, - Patruşev vurğulayıb.