0
Thursday 30 March 2023 - 04:45

Macarıstan Finlandiyanın NATO-ya daxil olmasının risklərini açıqlayıb

Story Code : 1049496
Macarıstan Finlandiyanın NATO-ya daxil olmasının risklərini açıqlayıb
APA xəbər verir ki, bub arədə Macarıstan parlamentinin vitse-spikeri Dora Duro çıxış edib.

“Əgər Finlandiya NATO-ya daxil olarsa, Şimali Atlantika Alyansı ilə Rusiya arasındakı bölgü xətti 1340 km artacaq. Bu, eskalasiya ehtimalını, həmçinin NATO üzvü olan dövlətlə Rusiya arasında birbaşa silahlı münaqişə riskini artıracaq”, – deyə Durodan bildirib.

O qeyd edib ki, NATO hazırda dünyada Amerika hegemonluğunun müdafiəsi kimi istifadə olunur. Alyansın digər üzvlərini də təşkilatın genişləndirilməsinə razılıq verməyə məcbur edən ABŞ oldu. Eyni zamanda, İsveç və Finlandiya ənənəvi olaraq müstəqil olublar və 200 ildir ki, beynəlxalq arenada neytrallığını qoruyub saxlayırlar.