QR CodeQR Code

Lapid: Netanyahu İsrail tarixinin ən böyük fırıldaqçısıdır

إسلام تايمز , 30 Mar 2023 18:20

İslamTimes: Sionist rejimin keçmiş baş naziri Netanyahu ilə danışmağa hazır olduğunu, lakin onu bu rejimin tarixində ən böyük saxtakar hesab etdiyini bildirib.


Sionist rejimin keçmiş baş naziri və bu rejim müxalifətinin lideri Yair Lapid öz Twitter səhifəsində Benyamin Netanyahunu sionist rejimin tarixinin ən böyük saxtakarı adlandırıb.

Şahab ​​News-un məlumatına görə, Yair Lapid məhkəmə sistemindəki mübahisəli islahat planı haqqında Benyamin Netanyahu ilə danışmağa hazır olduğunu, lakin onu bu rejimin tarixində ən böyük saxtakarı hesab etməkdə davam etdiyini yazıb.

Tel-Əviv rejiminin keçmiş baş naziri daha sonra yazıb: “Mən prezidenti dialoq mexanizmi yaratmağa dəvət edirəm. Bütün israillilər ona ədalətli vasitəçi kimi etibar edirlər.

Lapid, Netanyahunun üç gün əvvəl müxalifətin sıx təzyiqi altında qəbul edilən məhkəmə sistemində əsaslı dəyişikliklər planını dayandırmaq qərarına istinad edərək deyib: "Netanyahu iki ay əvvəl müxalifətin ondan istədiyini indi edib."


Story Code: 1049627

News Link :
https://www.islamtimes.org/az/news/1049627/lapid-netanyahu-israil-tarixinin-ən-böyük-fırıldaqçısıdır

Islam Times
  https://www.islamtimes.org