QR CodeQR Code

Rusiya məhkəməsi casusluqda ittiham olunan amerikalı jurnalisti həbs edib

30 Mar 2023 18:53

İslamTimes: Rusiya məhkəməsi casusluqda ittiham olunan amerikalı jurnalisti həbs edib.


APA-nın Moskva müxbirinin məlumatına görə, məhkəmə Amerika Birləşmiş Ştatlarının "Wall Street Journal" nəşrinin müxbiri Evan Qerşkoviç barəsində prokurorun həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı xahişinə baxıb və amerikalı jurnalistin barəsində həbs qəti imkan tədbiri seçib.

Qeyd edək ki, bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti Qerşkoviçin Yekaterinburqda casusluq ittihamı ilə saxlanılması barədə məlumat yayıb.

FTX-nın məlumatına görə, amerikalı jurnalist ABŞ-ın göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumatlar toplayırmış.

Jurnalist şəhərə "Vaqner" Özəl Hərbi Şirkəti haqqında məqalə yazmaq üçün gəldiyini bildirib.

 


Story Code: 1049635

News Link :
https://www.islamtimes.org/az/news/1049635/rusiya-məhkəməsi-casusluqda-ittiham-olunan-amerikalı-jurnalisti-həbs-edib

Islam Times
  https://www.islamtimes.org