QR CodeQR Code

Rusiya ABŞ ordusunun Suriyadakı təxribatçı hərəkətlərinə etiraz edib

1 Apr 2023 12:57

İslamTimes: Suriyanın Həsəkə əyalətində ABŞ Silahlı Qüvvələrinin bölmələri tərəfindən təxribat xarakterli hərəkətlər qeydə alınıb.


APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Oleq Qurinov deyib.

Onun sözlərinə görə, Rusiya-Türkiyə birgə patrulu zamanı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının iki patrulunun Deyruna-Ağa və Saramsak kimi yaşayış məntəqələrinin ərazilərində münaqişəsiz marşrutlar üzrə hərəkəti aşkar edilib.

“Rusiya tərəfi koalisiyaya etiraz edib”, - deyə Qurinov bildirib.


Story Code: 1049974

News Link :
https://www.islamtimes.org/az/news/1049974/rusiya-abş-ordusunun-suriyadakı-təxribatçı-hərəkətlərinə-etiraz-edib

Islam Times
  https://www.islamtimes.org