0
Saturday 1 April 2023 - 13:15

Bayden III Çarlzın tacqoyma mərasimində iştirak etməyəcək

Story Code : 1049978
Bayden III Çarlzın tacqoyma mərasimində iştirak etməyəcək
Teleqraf.com xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti mənbələrə istinadən bildirib.

Məlumata əsasən, Tacqoyma mərasiminə Amerika prezidentinin yerinə ABŞ-ın birinci xanımı Cil Bayden gələ bilər.
Ətraflı

Nəşr bildirib ki, xarici səfərlər 80 yaşlı dövlət başçısına mənfi təsir göstərir, ona görə də prezident administrasiyası onların sayını minimuma endirməyə çalışır, yalnız ən zəruri xarici səfərləri saxlayır.