QR CodeQR Code

ABŞ-ın cinayətlərinə susan Borrell Rusiyanı tənqid edib

2 Apr 2023 01:25

İslamTimes: İllərdir ABŞ-ın müxtəlif ölkələrinə təcavüzünə göz yuman Cozep Borrell Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyinə başlamasını tənqid edib


Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyinə başlamasını tənqid edib.

APA xəbər verir ki, bu barədə Cozep Borrell "Twitter" hesabında bildirib.

"Rusiyanın bu gün BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi aprel zarafatları (1 aprel) gününə uyğundur. Rusiya, Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, BMT-nin qanunvericilik bazasının mahiyyətini davamlı şəkildə pozur. Aİ Rusiyanın sədrliyində onun tərəfindən ediləcək istənilən sui-istifadəyə qarşı çıxacaq", - deyə Borrel qeyd edib.


Story Code: 1050074

News Link :
https://www.islamtimes.org/az/news/1050074/abş-ın-cinayətlərinə-susan-borrell-rusiyanı-tənqid-edib

Islam Times
  https://www.islamtimes.org