0
Sunday 2 April 2023 - 11:23

Misir və Suriya diplomatik münasibətləri bərpa etmək üçün ilkin danışıqlara başlayır

Story Code : 1050132
Misir və Suriya diplomatik münasibətləri bərpa etmək üçün ilkin danışıqlara başlayır
APA xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Bildirilib ki, Misir və Suriya prezidentləri Əbdülfəttah əs-Sisi və Bəşər Əsəd apreldə, Ramazan ayının sonunda görüşə bilərlər.

Noyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə münasibətlərin yaxın gələcəkdə normallaşacağını istisna etmədiyini bildirmişdi.