QR CodeQR Code

Şimali Koreya ABŞ və Cənubi Koreyaya xəbərdarlıq etdi

2 Apr 2023 12:15

İslamTimes: Şimali Koreya, ABŞ və Cənubi Koreya tərəfindən keçiriləcək bir sıra hərbi təlimlərə cavab olaraq, özünün nüvə silahı potensialı barədə xəbərdarlıq edib.


Teleqraf.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

"ABŞ və onun əlaltıları onların düşməninin əslində nüvə hücumu potensialına malik olduğunu, eləcə də KXDR xalqının və ordusunun xüsusiyyətləri barədə heç vaxt unutmamalıdırlar", - deyə məlumatda bildirilir.

Agentlik Cənubi Koreya və ABŞ-ın bu ilin iyun ayında keçiriləcək birgə təlimini tənqid edib.

Qeyd edilir ki, ABŞ və Cənubi Koreya "səhv hərəkətləri ilə özlərini ciddi təhlükə qarşısında qoyurlar".


Story Code: 1050138

News Link :
https://www.islamtimes.org/az/news/1050138/şimali-koreya-abş-və-cənubi-koreyaya-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org