0
Sunday 2 April 2023 - 14:56

Moskvada İran, Türkiyə və Suriyanın iştirakı ilə dördtərəfli danışıqlar keçiriləcək

Story Code : 1050156
Moskvada İran, Türkiyə və Suriyanın iştirakı ilə dördtərəfli danışıqlar keçiriləcək
Məlumata görə, artıq bütün nümayəndə heyətləri nazirlər səviyyəsində növbəti görüşü hazırlamaq üçün Moskvaya gəliblər.

Qeyd edək ki, bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvada apardığı danışıqlardan sonra qeyd edib ki, dördtərəfli görüşün əsas məqsədi “Türkiyə və Suriyanın baxışlarının yaxınlaşması” olacaq.

Öz növbəsində, Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov ümid etdiyini bildirib ki, “çox mühüm strateji məqsədə - Suriya və Türkiyə münasibətlərinin normallaşmasına yönələn vasitəçilik missiyası uğurla bitəcək”.