QR CodeQR Code

Vaşinqtonda nümayişçilər muzeyə hücum edib

XezerXeber , 10 Oct 2011 06:44

IslamTimes - Vaşinqton Milli aviasiya və kosmonavtika muzeyi nümayişçilərin hücumundan sonra bağlanıb


Nümayişçilər əvvəlcə muzeydə pilotsuz uçuş aparatları sərgisinin yanında etiraz aksiyası keçirmək istəyiblər.

İçəri buraxılmadıqlarını görəndə aksiya iştirakçıları binanı ələ keçirməyə cəhd ediblər. Onlara qarşı gözyaşardıcı qazdan istifadə olunduqdan sonra nümayişçilər dağılışıblar. Aksiyada 200-dək etirazçı iştirak edib. Polis bir nəfər aksiya iştirakçısını həbs edib.

Nümayişçilər arasında «Kolumbiya mahalını işğal et» təşkilatının üzvləri olub. Bu təşkilat «Uoll-striti işğal et» qrupuna uyğun olaraq yaradılıb. Sonuncu sentyabrın ortalarından Nyu-Yorkda etiraz aksiyaları keçirir.


Story Code: 105055

News Link :
https://www.islamtimes.org/az/news/105055/vaşinqtonda-nümayişçilər-muzeyə-hücum-edib

Islam Times
  https://www.islamtimes.org