0
Monday 10 October 2011 - 06:44

Vaşinqtonda nümayişçilər muzeyə hücum edib

Story Code : 105055
Vaşinqtonda nümayişçilər muzeyə hücum edib
Vaşinqtonda nümayişçilər muzeyə hücum edib
Nümayişçilər əvvəlcə muzeydə pilotsuz uçuş aparatları sərgisinin yanında etiraz aksiyası keçirmək istəyiblər.

İçəri buraxılmadıqlarını görəndə aksiya iştirakçıları binanı ələ keçirməyə cəhd ediblər. Onlara qarşı gözyaşardıcı qazdan istifadə olunduqdan sonra nümayişçilər dağılışıblar. Aksiyada 200-dək etirazçı iştirak edib. Polis bir nəfər aksiya iştirakçısını həbs edib.

Nümayişçilər arasında «Kolumbiya mahalını işğal et» təşkilatının üzvləri olub. Bu təşkilat «Uoll-striti işğal et» qrupuna uyğun olaraq yaradılıb. Sonuncu sentyabrın ortalarından Nyu-Yorkda etiraz aksiyaları keçirir.
Source : XezerXeber
Comment