QR CodeQR Code

Sionistlərin casusluğu geniş miqyas alır

Jurnalistlər, siyasi müxalifət xadimləri və QHT işçiləri hədəfdədir

Sahartv , 15 Apr 2023 16:25

İslamtimes - İsrail rejiminə bağlı daha bir casus proqramı jurnalistlərin, siyasətçilərin məlumatlarını toplayıb.



SəhərAzəri-nin məlumatına əsasən, “Citizen Lab” Vətəndaş Laboratoriyası qurumu tərəfindən dərc edilən iki hesabatda İsrailin casus proqram şirkəti olan “QuaDream” tərəfindən hazırlanmış proqram təminatı ilə bir çox ölkədə jurnalistlərin, vətəndaş cəmiyyəti üzvlərinin və fəalların telefonlarındakı məlumatlara icazəsiz daxil olunduğu bildirilib.
“Vaşinqton Post” qəzeti yazır ki, Kanadanın Toronto Universitetinə bağlı “Microsoft” şirkəti ilə “Citizen Lab” tərəfindən dərc edilən iki hesabatda bir çox ölkədə jurnalistlərin, vətəndaş cəmiyyəti üzvlərinin və fəalların telefonlarındakı məlumatların, ABŞ-ın hazırladığı proqram təminatı ilə icazəsiz əldə edildiyi bildirilib.
“Citizen Lab” bu araşdırmanın qurbanlarına diqqət yetirib və müxalifləri izləmək üçün proqramdan hansı ölkələrin istifadə etdiyini ortaya çıxarıb.
Qurbanlar jurnalistlər, siyasi müxalifət xadimləri və QHT işçiləridir
Hesabatda qeyd olunur ki, İsrail firmasının Bolqarıstan, Çexiya, Macarıstan, Qana, İsrail, Meksika, Rumıniya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Özbəkistanda serverləri aşkar edilib.
Bundan əvvəl İsrailə məxsus Peqasus casus proqramının Azərbaycan Respublikasında məxfi fəaliyyəti və bu ölkə vətəndaşlarından casusluq etməsi böyük rüsvayçılığa səbəb olmuşdu.
 


Story Code: 1052597

News Link :
https://www.islamtimes.org/az/news/1052597/jurnalistlər-siyasi-müxalifət-xadimləri-və-qht-işçiləri-hədəfdədir

Islam Times
  https://www.islamtimes.org