0
Wednesday 12 October 2011 - 23:27

İran həkimlərinin yeni nailiyyəti

Story Code : 105820
İran həkimlərinin yeni nailiyyəti
İran həkimlərinin yeni nailiyyəti
İranın Şəhid Behişti Tibb Elmləri Universitetinin həkimləri ölkədə ilk dəfə olaraq bir əməliyyatla xəstəyə ürək və böyrək nəqlini eyni zamanda həyata keçiriblər. "FHA"nın verdiyi xəbərə görə, xəstəxana rəsmiləri 36 yaşlı xəstənin ürək və böyrək çatışmazlığından əziyyət çəkdiyini və bu səbəbdən əməliyyat olunduğunu bildirib. Xəstənin vəziyyəti əməliyyatdan sonra normaldır. Əməliyyat ümumilikdə 7 saat davam edib. /Deyerler/
Comment