0
Wednesday 24 May 2023 - 21:32

Putin: Qərb digər dövlətlərin Rusiya ilə əməkdaşlığına mane olmağa çalışır

Story Code : 1059935
Putin: Qərb digər dövlətlərin Rusiya ilə əməkdaşlığına mane olmağa çalışır
Sputnik xəbər agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Moskvada keçirilən Avrasiya İqtisadi Forumunun ümumi yığıncağına müraciətində deyib: "Qərb əleyhdarları inandırmaq, vəd vermək və şantaj yolu ilə digər ölkələrin Rusiya ilə əməkdaşlığını pozmağa çalışırlar. Beynəlxalq aləmdə əksəriyyət Rusiya Federasiyasının dünyada iqtisadi münasibətlərin daha ədalətli arxitekturası yaratmaq yanaşmaları ilə razılaşır.

Rusiya iqtisadiyyatı üçün “çökülmə” ssenarisinin baş tutmayacağı açıqdır. Moskva bütün ölkələrlə həmişə məsuliyyətlə və xoş niyyətlə qarşılıqlı əlaqədə olur."

Rusiya prezidenti mövzu ilkə bağlı sözünə davam edərək deyib: "Ümid edirik ki, Şimal-Cənub dəhlizi ilə bağlı sənədlərin hazırlanması ən qısa zamanda yekunlaşacaq. Milli valyutaların birjalarda istifadəsi prosesi ilə bağlı işlər davam etdirilir."

Putin bildirib: Beynəlxalq maliyyə sahəsində əsaslı dəyişikliklər baş verir. Rusiya nəinki uyğunlaşa bilir, həm də bu sahədə liderə çevrilir.
Qlobal iqtisadiyyat yalnız mərkəzləşdirilməmiş beynəlxalq maliyyə sisteminin formalaşmasından faydalanacaq.