QR CodeQR Code

Etirazçılar Netanyahunun evinin qarşısına toplandı

إسلام تايمز , 25 May 2023 14:31

İslamTimes: Yüzlərlə İsrail vətəndaşı sionist rejimin məhkəmə sisteminin islahat planına etiraz olaraq işğal olunmuş Qüdsdə baş nazirin evi qarşısında nümayiş keçirib.


Quds Press saytının məlumatına görə, ibrani dilli Ynet internet saytı elan edib ki, 550-yə yaxın İsrail vətəndaşı cümə axşamı günü işğal altındakı Qüdsdə baş nazir Binyamin Netanyahunun evi qarşısında bu rejimin məhkəmə sistemində təklif edilən islahatlara etiraz edib.

Ynet-in xəbərinə görə, İsrail polisi etirazçı kütləni dağıtmaq üçün güc tətbiq edib və bununla əlaqədar olaraq Netanyahunun evinin yaxınlığında maneələr yaradaraq nümayişçilərin olmasına mane olub və iki İsrail vətəndaşını həbs edib.

İsrailli etirazçılar dedilər: Biz bura diktatora bunları söyləməyə gəlmişik: "Hüquqi inqilabı dayandırın, çünki buna görə Amerika ona sanksiya tətbiq edib və İsrailin təhlükəsizliyi təhlükə altına düşüb."

Qeyd dək ki, çərşənbə axşamı minlərlə İsrail vətəndaşı işğal olunmuş Qüds şəhərində Netanyahunun Nazirlər Kabinetinin yeni büdcədə dindar yəhudilərə külli miqdarda pul ayırmasına etiraz edib və hakim sağçı koalisiyanı hökumət əmlakını talamaqda ittiham edib.


Story Code: 1060083

News Link :
https://www.islamtimes.org/az/news/1060083/etirazçılar-netanyahunun-evinin-qarşısına-toplandı

Islam Times
  https://www.islamtimes.org