QR CodeQR Code

İraqın mərkəzində əməliyyatı İŞİD-in 10 sığınacağı aşkarlanıb

إسلام تايمز , 27 May 2023 20:34

İslamTimes: Həşd əl-Şəbi qüvvələri bir neçə hərbi briqada şəklində bu gün səhər saatlarında İŞİD-in sığınacaqlarını aşkar etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.


Həşd əl-Şəbi qüvvələrinin bu gün səhər saatlarında Səlahəddin əyalətinin Tuz-Xormato bölgəsində başlatdığı genişmiqyaslı əməliyyat nəticəsində indiyədək İŞİD-in 10 sığınacağı aşkar edilib.

Əl-Sumaria News saytının məlumatına görə, Həşd əl-Şəbinin 57-ci briqadasının çevik qüvvələri Tuz Xurmato bölgəsində İŞİD-in 7 sığınacağını aşkarlaya bilib.

Təpələrdə və dağlarda qazılan bu sığınacaqlarda İŞİD terrorçularına məxsus çoxlu sayda partlayıcı, maddi-texniki və tibbi materiallar aşkar edilib.

2014-cü il oktyabrın 17-də ordu və Həşd əl-Şəbinin iştirakı ilə bir neçə aylıq əməliyyat nəticəsində şiələrin yaşadığı Tuz-Xormato bölgəsi İŞİD-in işğalından azad edilib.

Ötən şənbə günü İraqın Xalq Səfərbərlik Təşkilatının rəhbəri “Falih əl-Fəyaz” İraqın şimal-qərbindəki Neynəva vilayətində keçirilən mərasimdə deyib ki, İraq qüvvələrinin əməliyyatları sayəsində İŞİD terrorçuları artıq əvvəlki qabiliyyətlərinə malik deyillər.






 


Story Code: 1060470

News Link :
https://www.islamtimes.org/az/news/1060470/iraqın-mərkəzində-əməliyyatı-işid-in-10-sığınacağı-aşkarlanıb

Islam Times
  https://www.islamtimes.org