0
Saturday 27 May 2023 - 20:10

İsrail “qiyamət günü” müharibə ssenarisinə hazırlaşır

Story Code : 1060471
İsrail “qiyamət günü” müharibə ssenarisinə hazırlaşır
İbrani dilində nəşr olunan “Yediot Aharonot” qəzeti yazıb ki, sionist ordusu “Qiyamət” müharibə ssenarisinə hazırlaşır.

Qəzet bildirib ki, müxtəlif cəbhələr, xüsusilə Livan, Suriya, İraq və İran bu mümkün müharibədə iştirak edəcək və eyni zamanda sionist rejimə qarşı fəaliyyət göstərəcəklər.

Keçmişdə sionist mediası dəfələrlə sionist rejimin bir neçə cəbhədə müharibəyə hazırlaşdığına diqqət çəkib.

Sionistlərin əsas qorxusu budur ki, bu müharibədə sionist rejimə qarşı eyni anda bir neçə cəbhə aktivləşəcək ki, sionistlər bununla mübarizə apara biləcək qüvvədə ola bilməyəcəklər.

Qeyd edək ki, sionist media Livan Hizbullahının bu ölkənin cənubunda genişmiqyaslı təlimləri və İranın son raket sınağından sonra Livan Hizbullahı və İranın raket imkanlarının artması ilə bağlı xəbərdarlıq edib.