0
Sunday 28 May 2023 - 08:26

Tel-Əvivdə on minlərlə insan mitinq keçirdi

Story Code : 1060573
Tel-Əvivdə on minlərlə insan mitinq keçirdi
Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Sionist rejimdə məhkəmə islahatlarına qarşı kütləvi etirazlar ardıcıl 21-ci həftədir ki, davam edir. Bu şənbə günü təşkilatçılar böyük şəhərlər də daxil olmaqla, 150 yerdə mitinq keçirdiklərini elan ediblər.

Təşkilatçıların sözlərinə görə, bugünkü aksiyalarda ümumilikdə 230 minə yaxın insan iştirak edib. Tel-Əvivdəki etiraz aksiyasına müxtəlif hesablamalara görə, 80 minə yaxın fəal toplaşıb.