QR CodeQR Code

Türkiyədə seçki məntəqələri açıldı: kritik seçim başlandı

28 May 2023 09:00

İslamTimes: Türkiyədə prezident seçkilərinin ikinci turunun səsvermə prosesi başlayıb.


Axar.az xəbər verir ki, yerli vaxtla seçki məntəqələri saat 08:00-da (Bakı vaxtı ilə 09:00-da) açılıb.

Səsvermə prosesi 17:00-a qədər davam edəcək. Əgər 17:00-da növbədə gözləyən seçici olarsa, onların da səs verməsinə şərait yaradılandan sonra seçki məntəqələri bağlanacaq və səs sayımı başlayacaq.

Türkiyədə hazırkı statistikaya görə, 61 milyona yaxın (ölkə daxilində) seçici var. Onlar 191 min 884 məntəqədə səs verə bilərəcklər.

Ölkə xaricində olan seçicilər üçün səsvermə 20-24 may tarixlərində aparılıb. Buna baxmayaraq, gömrük-keçid məntəqələrində səsvermə günün sonuna qədər davam edəcək.

Prezident postu uğrunda iki namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır.

Seçki bitdikdən dərhal sonra səslərin sayılmasına başlanacaq. YSK (Ali Seçki Qurumu) yayım qadağasını götürdükdən dərhal sonra nəticələrin canlı göstərilməsi həyata keçiriləcək.

Qeyd edək ki, prezident seçkilərinin ilk turunda - mayın 14-də keçirilən seçkidə Ərdoğan 49.52 faiz (27 milyon 133 min 837 səs), Kılıçdaroğlu isə 44.88 faiz (24 milyon 594 min 932 səs) səs toplamışdı.


Story Code: 1060575

News Link :
https://www.islamtimes.org/az/news/1060575/türkiyədə-seçki-məntəqələri-açıldı-kritik-seçim-başlandı

Islam Times
  https://www.islamtimes.org