Rusiyanın Ukraynada bioloji silah istehsalı üçün Amerika hərbi tədqiqat laboratoriyalarının olması ilə bağlı dəfələrlə xəbərdarlıq etməsindən sonra Moskva bu gün Ukraynada belə laboratoriyaların mövcudluğunu sübut edən sənədlərin aşkar edildiyini açıqlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin kimyəvi, radioaktiv və bioloji müdafiə idarəsinin rəisi İqor Krılov bildirib.
Rusiya qüvvələrinin Ukrayna ilə döyüş meydanında əldə etdiyi məlumatlar bir daha sübut edir ki, Amerika bu ölkə torpağında bioloji silahlar istehsal edir.
Bundan əvvəl Rusiya hökuməti ABŞ-ın Ukraynada bioloji laboratoriya proqramını gizli şəkildə yenidən başlatdığını və indi diqqətini yeni məxfi obyektlərin tikintisinə və kadrların hazırlanmasına yönəltdiyini bildirmişdi.
Krılov Moskvada keçirdiyi mətbuat konfransında belə izah edib: “ABŞ Müdafiə Nazirliyi öz ərazisindən kənarda, geosiyasi rəqiblərinin sərhədləri boyunca yerləşən bioloji laboratoriyalarda bu iqtisadi əhəmiyyətli çirkləndiriciləri fəal şəkildə tədqiq edir."