0
Sunday 28 May 2023 - 22:32

Səudiyyənin texniki qurupu Suriyaya gəldi

Story Code : 1060668
Səudiyyənin texniki qurupu Suriyaya gəldi
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi bu gün elan edib ki, Səudiyyə kralının ölkənin Suriyadakı diplomatik missiyasındakı işi bərpa etmək qərarına uyğun olaraq, Səudiyyə Ərəbistanından texniki heyət bu gün Dəməşqə gəlib.

Bu xəbərə görə, bu ölkənin səlahiyyətli naziri Qazi Bin Rafi Əl-Anzinin başçılıq etdiyi Səudiyyə Ərəbistanının texniki qrupu Suriya Xarici İşlər Nazirinin köməkçisi Ayman Sosan ilə görüşüb.

Qeyd edək ki, bundan əvvəl Suriyanın xarici işlər naziri Feysəl əl-Mikdad və səudiyyəli həmkarı Feysəl bin Fərhan Ərəb Liqasının xarici işlər naziri Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantısı çərçivəsində görüşüb və ikitərəfli münasibətləri müzakirə ediblər.