0
Tuesday 30 May 2023 - 08:52

Albin Kurtinin yalnız bir istəyi var - Vuçiç

Story Code : 1060908
Albin Kurtinin yalnız bir istəyi var - Vuçiç
Biz aylardır desək də, Albin Kurtinin (Kosova Baş naziri - red.) yalnız bir istəyi var - Kosova və Metoxiyada münaqişə yaratmaq, bütün regionu qana boyamaq. Az adam həqiqəti eşitmək, çox az adam isə hər şeyin mahiyyətinin nə olduğunu anlamaq istəyirdi.

Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovadakı vəziyyətdən danışarkən deyib.

"Kosova və Metoxiyada olanlar oldu. Və son üç gündə həm korlar, həm də siyasi savadsızlar nəyin hazırlandığını anlaya bildilər", - Vuçiç bildirib.

Qeyd edək ki, ötən gün Kosovanın şimalında etiraz edən serblərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə xeyli sayda həm mülki, həm də NATO hərbçisi yaralanıb.