QR CodeQR Code

Rusiya: Amerika Suriyada terror aktları ardıncadır

إسلام تايمز , 30 May 2023 16:21

İslamTimes: Rusiyanın “Xarici Kəşfiyyat Xidməti” xəbərdarlıq edib ki, ABŞ Suriyada insanların sıx toplaşdığı yerlərə və dövlət qurumlarına terror hücumları həyata keçirməyə hazırlaşır.


ABŞ qüvvələrinin Dəməşqə qarşı hərtərəfli sanksiyalar və Suriyanın bəzi bölgələrində işğalçı davranışlarına davam etdiyi bir vaxtda, Moskva amerikalıların Suriyada terror aktlarına  hazırlaşdığını açıqlayıb.

Bu barədə çərşənbə axşamı Rusiyanın paytaxtı Moskvanın media mənbələri və bu ölkənin xarici kəşfiyyat xidməti məlumat yayıb.

Rusiyanın xarici kəşfiyyat qüvvələri Amerikanın Suriyada izdihamlı yerlərə və dövlət qurumlarına qarşı terror hücumları həyata keçirməyə hazırlaşdığını bildirib.

Sputnik xəbər agentliyi bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidməti istinadla yazıb: “Amerika kəşfiyyat xidmətləri yenidən islamçı ekstremistlərdən öz təxribat planlarını həyata keçirmək üçün müntəzəm alət kimi istifadə etməyi planlaşdırır”.


Story Code: 1060984

News Link :
https://www.islamtimes.org/az/news/1060984/rusiya-amerika-suriyada-terror-aktları-ardıncadır

Islam Times
  https://www.islamtimes.org