0
Tuesday 30 May 2023 - 17:00

Taliban: Biz İranla münasibətlərimizin korlanmasını istəmirik

Story Code : 1060985
Taliban: Biz İranla münasibətlərimizin korlanmasını istəmirik
Taliban hökumətinin Xarici İşlər Nazirliyinin sözçünün müavini Hafiz Ziya Əhməd “Arab News” telekanalına müsahibəsində deyib: "Taliban İranla münasibətlərinin pisləşməsini istəmir."

O, bu barədə deyib: Qonşu ölkələrlə münasibətlərimizin korlanmasını istəmirik. Bütün qonşu dövlətlərdən, o cümlədən İrandan xahişimiz budur ki, bu məsələləri diplomatik kanallarla həll etsinlər.

Taliban hökumətinin bu rəsmisi “indiki vəziyyətin normal olduğunu” vurğulayıb və Əfqanıstan İslam Əmirliyi heç vaxt gərginliyi artırmağa çalışmadığını deyib.