0
Wednesday 31 May 2023 - 13:46

ABŞ-da liderlik yarışı başladı: Yeni prezident kim olacaq?

Story Code : 1061181
ABŞ-da liderlik yarışı başladı: Yeni prezident kim olacaq?
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri deyirlər ki, prezident seçkilərində iştirak üçün Tramp Respublikaçılar Partiyasının namizədi seçilməli və partiyadaşlarıyla mübarizədə ilkin seçkinin qalibi olmalıdır:

“Rəy sorğuları göstərir ki, hələ ki, eks-prezident partiyadakı rəqiblərini üstələyir. Məsələn, “Morning Consult” şirkətinin araşdırmasına görə, Trampla respublikaçı əsas rəqibi, Florida ştatının qubernatoru Ron De Santis arasında 43 faizlik fərq var. Yəni Trampa 61 faizlik dəstək varsa, De Santisə dəstək cəmi 18 faiz civarındadır. Buna baxmayaraq, De Santis Trampla gələcək mübarizəyə hazırlaşır.

Trampı sərt çıxışları yenidən məşhurlaşdırıb. O, sadə amerikalıların eşitmək istədiklərini deyir. Məsələn, Tramp bildirir ki, prezident olarsa, Rusiya-Ukrayna müharibəsini bitirəcək və ya Çin Tayvan ələ keçirə bilməyəcək. Eks-prezidentin fikrincə, Pekin Vaşinqtonun şərtlərini qəbul edəcək. O, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə dil tapacağını da vurğulayır. Halbuki ABŞ-la Çin arasında münasibətlərdə gərginlik məhz Trampın prezidentliyi dövründə başlamışdı və Ağ Evin o zamankı sahibi Çinə qarşı sərt sanksiyalar tətbiq etmişdi.

Co Bayden bu siyasəti davam etdirmək məcburiyyətində qalıb. Çin Tayvanı ələ keçirmək istəyərsə, Trampın Pekini necə saxlayacağı sual doğurur. Tramp prezidentliyi dövründə Şimali Koreyanın diktator liderini nüvə silahından imtinaya inandıra bilmədi. O, bunu bacarmadısa, Pekini Tayvandan imtinaya necə inandıracaq?”.