QR CodeQR Code

Rusiya DİN Ukraynanın bir sıra sabiq yüksək vəzifəli şəxslərini axtarışa verib

31 May 2023 14:07

İslamTimes: Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş müdafiə nazirləri Stepan Poltorak, Valeri Heletey və sabiq Baş Qərargah rəisi Viktor Mujenkonu axtarışa verib.


APA xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin saytında dərc edilib.

Məlumat bazasında onların Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi göstərilmir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya İstintaq Komitəsi onlara qarşı Donbassın rusdilli əhalisinə qarşı soyqırımı ittihamı irəli sürüb.


Story Code: 1061182

News Link :
https://www.islamtimes.org/az/news/1061182/rusiya-din-ukraynanın-bir-sıra-sabiq-yüksək-vəzifəli-şəxslərini-axtarışa-verib

Islam Times
  https://www.islamtimes.org