0
Wednesday 31 May 2023 - 14:39

Medvedevdən Britaniyaya ciddi xəbərdarlıq!

Story Code : 1061183
Medvedevdən Britaniyaya ciddi xəbərdarlıq!
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

Onun fikrincə, Britaniya Ukrayna ilə müttəfiqlik münasibətlərinə və ona verdiyi hərbi dəstəyə görə “Rusiyanın əbədi düşməni” statusu ala bilər.

Medvedevin bildirib ki, Britaniya Rusiyaya qarşı de-fakto elan olunmamış müharibə aparır. Rusiya rəsmisi xəbərdarlıq edib ki, əgər müharibəni dəstəkləsələr, təkcə hərbi rəsmilər deyil, mülki şəxslər də legitim hədəf sayılacaqlar.

Dünən Britaniya Xarici İşlər Nazirliyi Ukraynanın öz sərhədlərindən kənarda (Rusiya ərazisinə) özünümüdafiə məqsədli zərbə endirmək hüququ barədə açıqlama verib. Həmin açıqlamaya görə, bu, Rusiyanın Ukraynaya qarşı hərbi güc tətbiq etməkdən çəkindirə bilər. Britaniya XİN-in fikrincə, Ukraynadan kənarda qanuni hərbi hədəflərə hücum həmin dövlətin müdafiə elementlərindən biri hesab olunur.