QR CodeQR Code

Çinin müdafiə naziri amerikalı həmkarı ilə görüşməkdən imtina edib

1 Jun 2023 07:51

İslamTimes: Çinin müdafiə naziri Li Şanqfu iyunun əvvəlində amerikalı həmkarı Lloyd Ostinlə görüşdən imtina edib.


APA xəbər verir ki, bu barədə pentaqon rəhbəri Ostin yaponiyalı həmkarı Yasukazu Hamada ilə Tokioda keçirdiyi birgə mətbuat konfransında deyib.

Görüş Sinqapurda Şanqri-La Dialoq təhlükəsizlik konfransı çərçivəsində baş tutmalı idi.

"Müdafiə naziri mənimlə görüşməkdən imtina etdi. Bu, təəssüf doğurur. Amma biz regionda ümumi dəyər və vəzifələri paylaşdığımız ölkələrlə işbirliyimizi davam etdirəcəyik”, - deyə Ostin bildirib.


Story Code: 1061305

News Link :
https://www.islamtimes.org/az/news/1061305/çinin-müdafiə-naziri-amerikalı-həmkarı-ilə-görüşməkdən-imtina-edib

Islam Times
  https://www.islamtimes.org