QR CodeQR Code

Amerika yeni fitnəsi üçün xarici qüvvələri kordinasiya edir

إسلام تايمز , 3 Jun 2023 20:09

İslamTimes: Suriya, İordaniya, İraq sərhəd üçbucağında Suriya kürdlərinə bağlı qüvvələrlə Dəməşqin müxalif qrupları arasında koordinasiya yaratmaq məqsədilə amerikalıların yeni şübhəli hərəkətlərini üzə çıxarıb.


Anadolu xəbər agentliyi öz məlumatlı mənbələrinə istinadən xəbər verir ki, ABŞ ordusu Suriya, İraq və İordaniya sərhəd üçbucağında Dəməşqlə müttəfiq olan və bu əraziyə yaxın yerləşən xarici qüvvələrə qarşı koordinasiya üçün yeni tədbirlər görüb.

Məlumata görə, Amerika ordusunun yüksək rütbəli heyəti Suriya Demokratik Qüvvələrinə (SDQ) bağlı “Sanadid” qüvvələrinin “Əliyarəbiyyə” bölgəsindəki lideri Bəndər Həmidi əl-Dham ilə görüşüb.

Anatolinin sözlərinə görə, amerikalı komandirlərin bu görüşü təxminən bir saat yarım davam edib və bildirilir ki, Amerika ordusu Suriya, İraq və İordaniyanın sərhəd bölgələrində qüvvələrini koordinasiya etmək üçün yeni addımlar atır.

Sözügedən mənbələr həmçinin bu görüşdə amerikalı komandirlərin Sənadid qüvvələrinə Suriya, İraq və İordaniya sərhəd üçbucağında yerləşən Əl-Tənf bölgəsində “Azad Suriya Ordusu” kimi tanınan terror qruplaşmaları ilə əməkdaşlıq etmələrini istəyiblər.

 


Story Code: 1061809

News Link :
https://www.islamtimes.org/az/news/1061809/amerika-yeni-fitnəsi-üçün-xarici-qüvvələri-kordinasiya-edir

Islam Times
  https://www.islamtimes.org