0
Sunday 4 June 2023 - 09:50

Səna: Amerika Yəmənin strateji adalarında məskunlaşmaq istəyir

Story Code : 1061887
Səna: Amerika Yəmənin strateji adalarında məskunlaşmaq istəyir
Sputnik xəbər agentliyinin məlumatına görə, bu barədə Yəmənin Ənsarullah hərəkatının liderlərindən və siyasi ofisin üzvü Əli əl-Qahum tvitində yazıb: "Amerikalılar xüsusilə yeni koalisiya planlarından, Rusiya ilə Ukrayna arasında müharibədən və Çinin son hərəkətlərindən sonra Yəmənin adalarının strateji bölgələrində möhkəmlənməyə çalışırlar."

O deyib: "Amerikalılar təcavüzkar koalisiyada əsas tərəfdirlər və Yəmən böhranında əsas rol oynayırlar."

Həmçinin, Vaşinqtonun Yəmən xalqı arasında arasında nifaq və təfriqə toxumları səpmək üçün səylər göstərir.

O, Yəmənin suverenliyinin hər cür pozulması, Amerika və İngiltərənin təzyiqinə boyun əyməyi pisləyərək əlavə edib: Yəmənin qərar qəbulunda və idarə olunmasında heç kimlə güzəştə getməyəcəyik.

Əl-Kəhhum sözlərinin davamında deyib: Bu gün səkkiz illik təcavüzdən sonra Amerika və İngiltərənin istədiklərini qəbul etmək mümkün deyil və biz bu məsələni əvvəldən rədd etdik.