0
Sunday 4 June 2023 - 09:31

Aİ Seulu Ukraynaya hərbi dəstək verməyə məcbur edir

Story Code : 1061889
Aİ Seulu Ukraynaya hərbi dəstək verməyə məcbur edir
Avropa İttifaqının xarici siyasətinə cavabdeh olan “Cozef Borrell” şənbə günü Cənubi Koreyanın müdafiə naziri “Li Conq Sup” ilə görüşüb və Ukraynanın sursat və hərbi texnikaya ehtiyacı barədə danışıb.

Görüş “Şanqri-La Danışıqları” Asiya təhlükəsizlik sammiti çərçivəsində və ABŞ və NATO hərbi alyansına üzv dövlətlərin Cənubi Koreyaya Ukraynaya silah və sursat verilməsi üçün təzyiqləri fonunda keçirilib.

Reuters agentliyinin məlumatına görə, Borell deyib: “Mənim Cənubi Koreyanın müdafiə naziri Li Çen Supla yaxşı görüşüm oldu. Mən Şimali Koreyanın təxribatçı hərəkətlərinin davam etməsindən narahatlığımı bildirdim və Ukraynanın sursat ehtiyacları ilə bağlı məsləhətləşdim”.

Cənubi Koreya hökuməti ABŞ-ın müttəfiqi və böyük silah-sursat istehsalçısı kimi indiyədək, Vaşinqton və Avropanın təzyiqlərindən asılı olmayaraq Ukraynaya ölümcül yardım göndərilməsini rədd edib. Buna səbəb Rusiya ilə işgüzar əlaqələr və Moskvanın Şimali Koreyaya təsiri kimi mövzulardır.