0
Sunday 4 June 2023 - 08:53

Hindistanda qatarların toquşması nəticəsində ölənlərin sayı 300-ə yaxınlaşdı

Story Code : 1061890
Hindistanda qatarların toquşması nəticəsində ölənlərin sayı 300-ə yaxınlaşdı
Teleqraf.com xəbər verir ki, qəzanın baş verdiyi Balasor şəhərindəki xəstəxanalar dolub, bölgəyə başqa ştatlardan həkimlər gəlməkdə davam edir.

Xəstəxanaya yerləşdirilən təxminən 100 nəfərin vəziyyəti ağırdır.

Qeyd edilir ki, 1000-dən çox insan və xüsusi texnikanın cəlb olunduğu qəza yerində bərpa işlərinə başlanılıb.

Qeyd edək ki, ötən gün Hindistanın şərqində 2 sərnişin və 1 yük qatarı toqquşub.