0
Sunday 4 June 2023 - 09:16

Çin kateri ABŞ-nin hərbi gəmisini kursunu dəyişməyə məcbur edib

Story Code : 1061892
Çin kateri ABŞ-nin hərbi gəmisini kursunu dəyişməyə məcbur edib
APA-nın məlumatına görə, hadisənin videosunu “Global News” telekanalı yayıb.

Videonun çəkildiyi Kanadanın “HMCS Montreal” gəmisi ilə birlikdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi təlimin bir hissəsi olaraq boğazda olub. Kadrlarda Çin Xalq Azadlıq Ordusunun katerinin ABŞ gəmisinin qarşısını qəfildən necə kəsdiyi görünür.

Manevr nəticəsində “USS Chung-Hoon” sürətini azaltmalı və kursunu dəyişməli olub.