QR CodeQR Code

Çin: Dünya ABŞ-ın Casusuluq fəliyyətlərinə ayıq-sayıq olmalıdır

إسلام تايمز , 4 Jun 2023 10:31

İslamTimes: Çin XİN ABŞ-ın casusluq etmək üçün Rusiya, o cümlədən Çin diplomatlarına qarşı iPhone telefonlarına nüfuz etməsindən narahatlığını bildirib.


Moskvadakı rus və çinli diplomatların mobil telefonlarında Amerikanın casusluğunun ifşası, Pekinin dərin narahatlığı ilə müşayiət olundu.

Cümə axşamı Rusiyanın Federal Təhlükəsizlik Xidməti elan edib ki, Rusiyada istifadə edilən bir neçə min iPhone-da ABŞ kəşfiyyat orqanlarına, qurğuların istifadəçilərinə casusluq etməyə imkan verən zərərli proqramlar aşkar edilib.

Departament vurğulayıb ki, Birləşmiş Ştatlar uzun müddətdir ki, dünya miqyasında fərq qoymadan casusluq əməliyyatları həyata keçirmək üçün texnoloji üstünlüklərinə arxalanır.

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın texnoloji vasitələrlə casusluğunu pisləyərkən, "Bu səbəblə dünyanın bütün ölkələri daha ayıq-sayıq olmalıdır" deyib.


Story Code: 1061895

News Link :
https://www.islamtimes.org/az/news/1061895/çin-dünya-abş-ın-casusuluq-fəliyyətlərinə-ayıq-sayıq-olmalıdır

Islam Times
  https://www.islamtimes.org