0
Friday 14 October 2011 - 15:16
Bəhreynin siyasi quruluşu

Bəhreyn hökumətinin əksəriyyətə qarşı qurğuları

Story Code : 106194
Bəhreyn hökumətinin əksəriyyətə qarşı qurğuları
Bəhreyn hökumətinin əksəriyyətə qarşı qurğuları
"IslamTimes" “Mehr” informasiya agentliyinə istinadən xəbər verir ki, Bəhreyni Fars körfəzi həmkarlıq şurası ölkələrindən iki xüsusiyyət fərqləndirir:

Birinci xüsusiyyət budur ki, Bəhreyndə dini və milli tərkib digər ölkələrdən fərqlənir. Bəhreyndə şiələr diqqəti cəlb edəcək həddə çoxluq təşkil edir. Hansı ki, o biri məmləkətlərdə şiələr azlıqdadır.

İkinci xüsusiyyət ölkədəki siyasi fəaliyyətlər müxaliflərin uzun müddət boyu mübarizə aparmasıdır.
Şiə qrupu başçılarının nəzərincə hakimiyyətə yüksəliş yolunda şiələrə qarşı ayrıseçkilik artıq dövlətçilik ənənəsinə çevrilib.

Şiələri hakimiyyətdən uzaq saxlamaqda dövlətin strategiyalarından biri
seçkilərə nəzarətdir. Ali-Xəlifə müxaliflərinin nəzərincə parlamentə seçkilərdə siyasi mövqe əsas parametrlərdəndir. Bu prinsip daim nəzarətdə saxlandığından parlamentdə sünnə əhli şiələrlə müqayisədə çoxluq təşkil edir.

Bu prinsip əsasında ölkənin sünnilər məskunlaşmış Cənubi adlanan məntəqəsindən parlamentdə 6 nümayəndə var. Hansı ki, böyük cəmiyyətə malik olan Şimali bölgədən cəmi 9 şiə təmsilçi var.

Bəhreyn İnsan Haqqları Mərkəzi 2010-cu il oktyabrın 10-da nəşr etdiyi bəyanatda bildirir ki, hakim eşolon parlamentdə çoxluğa sahib olmaq üçün seçkilərə müdaxilə edir. Belə ki, şiələrin əksəriyyət təşkil etdiyi məntəqələr seçkilərdə diqqətdən
kənarda qalır. Dövləti himayə edən məntəqələr isə seçkilərdə öndə gedir.

Bu mərkəz 2006-2010-cu illər seçkilərini müqayisə edərək bildirir: Şimali quberniyada əhalinin artımı nəzərə alınmayıb. Bir seçkidən o birinədək əhalinin sayı 5 faiz artaraq 16223 nəfərə çatıb. Hansı ki, Cənubi quberniyada əhalinin sayı 1200 nəfərdən 770 nəfərə enib. Amma dövlət parlament yer bölgüsündə bu dəyişiklikləri qətiyyən nəzərə almayıb.

Bu hüquq mərkəzinin verdiyi məlumata əsasən, Ali-Xəlifəni müdafiə edən məntəqələri təmsil edən deputatların sayı qat-qat artıq olub. Bu isə insan haqqlarının aşkar pozulmasıdır. Proporsionallığın gözlənilməməsi seçkilərin nəticəsinə aşkar müdaxilədir.
Hüquq mərkəzinin nəşr olunmuş hesabatına əsasən, demokratik ölkələrdə seçki məntəqələri arasında 2 faizdən artıq fərq ola bilməz. Bəhreyndə isə bu fərq 1000 faizi ötüb. Bu fərqin yaranmasının əsas səbəbi parlamentdə 64 faiz yerin Ali-Xəlifə tərəfdarlarına məxsus olmasıdır. Bütün bu qanunsuzluqlara seçkinin nəticələrinə müdaxiləni də əlavə etmək olar. Hakimiyyətin ən yaxın adamlarından sayılan nazirlər kabinetinin müşaviri Şeyx Əhməd İbn Ətiyyə Ali-Xəlifə şiələrin hakimiyyətdə təmsil olunmasına qarşı ən fəal fiqurlardandır. Bu barədə ərəb mətbuatı ətraflı yazır.

Şeyx Əhədin adı sabiq dövlət müşaviri doktor Səlah əl Bəndərinin haqqında yazılarda çəkilir. Əl Bəndər ingilis vətəndaşlığına
malik olan ərəbdir. Şeyx Əhmədi aparıcı fiqur olaraq Ali-Xəlifə rejimində yerləşdirən o olub.
Sabiq dövlət müşavirinin dediyinə görə ibn Ətiyyənin nəzarəti altında xüsusi şəbəkə fəaliyyət göstərir və bu şəbəkənin işi şiələri bütün səhnələrdən sıxışdırıb çıxarmaqdır. Bu şəbəkə seçkilərin nəticələrinə müdaxilə ilə yanaşı bütün dövlət qrumlarında şiələrin təmsil olunmasını əngəlləyir. Yüzlərlə bəhreynli seçkilər gedişində ünvanların dəyişdirilməsinə etirazını bildirib. Şiələrin adı adətən seçkilərə hazır olmayan məntəqələrdə qeydiyyatdan keçir. 2006-cı il seçkilərində bir çox sünnilərin adı mərkəzi quberniyanın 4-cü seçki
məntəqəsində qeydiyyatda olub. Hansı ki, onlar həmin məntəqənin sakini deyillər və göstərilən ünvanların çoxu restoran və yanacaq dolurma məntəqələrinin ünvanlarıdır.

Hüquq mərkəzinin qabartdığı nöqtələrdən biri də budur ki, ikinci seçki dairəsində seçicilərin sayı 25 faiz azaldılıb, 8-ci seçki dairəsində seçicilərin sayı 24 faiz artırılıb. Bütün bunlar böyük saxtakarlıqlardan danışır. Parlamentdə çoxluğu əldə saxlamaq üçün fəaliyyətlər davam edir, 2006-2010-cu il seçkilərində tətbiq olunan metodlar qüvvədə qalır. Əlbəttə ki, hakim rejim öz ayrıseçkilik siyasətində bütün başqa üsullara da əl atır.
Comment