QR CodeQR Code

Moskva və Vaşinqton arasında gərginlik artır

14 Oct 2011 15:30

IslamTimes - RƏM - Raket Əleyhinə Müdafiə sistemi mövzusu ABŞ-la Rusiya arasında ən mübahisəli mövzu olaraq qalmaqdadır


"IslamTimes" Rusiya KİV-nə istinadən xəbər verir ki, RƏM - Raket Əleyhinə Müdafiə sistemi mövzusu ABŞ-la Rusiya arasında ən mübahisəli mövzu olaraq qalmaqdadır. Bu mövzuda mütəmadi olaraq danışıqlar aparılsa da, baxışlarda prinsipal fərqlər artmaqdadır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazir müavini Sergey Ryabkov və ABŞ dövlət katibinin müavini Ellen Hauşer 12, 13 oktyabrda Moskvada keçirilən görüşdə bildiriblər.

Xarici İşlər Nazirliyinin saytında yazılır: “RƏM sistemlərinin yerləşdirilməsi ilə bağlı Rusiya-Amerika danışıqları nəticəsiz olaraq qalır. Rusiya və ABŞ-ın mövzu ilə bağlı mövqeyi dəyişməz görününür."

1209-cu ildə ABŞ Avropada RƏM sistemləri qurmağa qərar verib. Məqsəd aydın şəkildə bəyan olunur: İranın nüvə təhlükəsindən qorunmaq. Layihəyə əsasən, hərbi bazalar Rumuniya və Polşada, radarlar Türkiyədə yerləşdirilməlidir.


Story Code: 106195

News Link :
https://www.islamtimes.org/az/news/106195/moskva-və-vaşinqton-arasında-gərginlik-artır

Islam Times
  https://www.islamtimes.org