0
Monday 5 June 2023 - 10:01

“Neftçi”nin futbolçusu işğalçı İsrail millisindən imtina etdi: Fələstin üçün oynayacaq

Story Code : 1062046
“Neftçi”nin futbolçusu işğalçı İsrail millisindən imtina etdi: Fələstin üçün oynayacaq
Daha əvvəl işğalçı İsrail rejiminin U-21 yığmasının kapitanı olmuş yarımmüdafiəçi bundan sonra Fələstinin uğurları üçün çalışacaq.

FIFA 28 yaşlı oyunçunun yığma komanda dəyişikliyini təsdiqləyib. Fələstin administrasiyası tərəfindən səyahət sənədi alan Ataa Caber bu ay millidə debüt edə bilər.

Sionist rejimin “Makkabi” (Hayfa) klubunda top qovmuş futbolçu bu mövsüm Azərbaycan Premyer Liqasında 28 oyun keçirib və 5 qol, 6 asistlə yadda qalıb.