QR CodeQR Code

“Neftçi”nin futbolçusu işğalçı İsrail millisindən imtina etdi: Fələstin üçün oynayacaq

5 Jun 2023 10:01

İslamTimes: “Neftçi”nin futbolçusu Ataa Caber milli komanda seçimində dəyişiklik edib.


Daha əvvəl işğalçı İsrail rejiminin U-21 yığmasının kapitanı olmuş yarımmüdafiəçi bundan sonra Fələstinin uğurları üçün çalışacaq.

FIFA 28 yaşlı oyunçunun yığma komanda dəyişikliyini təsdiqləyib. Fələstin administrasiyası tərəfindən səyahət sənədi alan Ataa Caber bu ay millidə debüt edə bilər.

Sionist rejimin “Makkabi” (Hayfa) klubunda top qovmuş futbolçu bu mövsüm Azərbaycan Premyer Liqasında 28 oyun keçirib və 5 qol, 6 asistlə yadda qalıb.


Story Code: 1062046

News Link :
https://www.islamtimes.org/az/news/1062046/neftçi-nin-futbolçusu-işğalçı-israil-millisindən-imtina-etdi-fələstin-üçün-oynayacaq

Islam Times
  https://www.islamtimes.org