QR CodeQR Code

Əgər ABŞ-Çin münaqişəsi yaşansa...

5 Jun 2023 11:03

İslamTimes: Pekin və Vaşinqton arasında qarşıdurma qlobal fəlakətə gətirib çıxara bilər.


Axar.az xəbər verir ki, bunu Çinin müdafiə naziri Li Şanfu deyib.

Nazir bildirib ki, Çin Vaşinqtonla dialoqa üstünlük verir:

“Beynəlxalq ictimaiyyət sabit münasibətləri səbirsizliklə gözləyir və istənilən potensial münaqişə və ya qarşıdurmadan narahatdır. Çin və ABŞ bir çox cəhətdən bir-birindən fərqlidir. Lakin bu, onların ikitərəfli əlaqələri genişləndirmək və əməkdaşlığı dərinləşdirmək üçün ümumi zəmin və ümumi maraqlar axtarmasına mane olmamalıdır. Pekin Asiya-Sakit okean regionunda təhlükəsizlik sahəsində əməkdaşlıq üçün açıq, inklüziv, şəffaf və bərabərhüquqlu çərçivənin yaradılması üzərində işləməyə hazırdır”.


Story Code: 1062049

News Link :
https://www.islamtimes.org/az/news/1062049/əgər-abş-çin-münaqişəsi-yaşansa

Islam Times
  https://www.islamtimes.org