0
Monday 5 June 2023 - 17:55

Qrossi: İranla razılaşma əldə etmişik

Story Code : 1062102
Qrossi: İranla razılaşma əldə etmişik
Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının iclasında çıxış edən Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi deyib: "İranla birgə bəyanatın icrası prosesi başlayıb və irəliləyiş əldə olunub."

“Həmin hesabatda görəcəksiniz ki, mənim ümid etdiyim qədər olmasa da, birgə bəyanatın icrası prosesi başlayıb və irəliləyiş əldə olunub. Məsələn, may ayının əvvəlində agentlik mərkəzdənqaçma rotor borularının və körüklərin (qoşquların) istehsal olunduğu sahədəki sexdə müşahidə kameraları quraşdırıb."

O, sözlərinə əlavə edib: “Bundan başqa, İranın bəyan etdiyi müəssisələrində uranın zənginləşdirilməsi səviyyəsinə nəzarət etmək üçün, Agentlik Fordo yanacaq zənginləşdirmə obyektində, eləcə də uranın zənginləşdirilməsi üzrə pilot qurğuda zənginləşdirmə monitorinq cihazı quraşdırıb."