QR CodeQR Code

Rusiya: Yaponiyanın sanksiyaları cavabsız qalmayacaq

إسلام تايمز , 5 Jun 2023 18:50

İslamTimes:Rusiya xarici işlər nazirinin müavini Moskvanın Yaponiyanın sanksiyalarına uyğun cavabı nəzərdən keçirdiyini açıqlayıb.


Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bazar ertəsi bildirib ki, Moskva Tokionun yeni anti-Rusiya sanksiyalar paketinə qarşı cavab tədbirləri nəzərdən keçirir.

Tass-ın məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Moskvanın Yaponiyanın ona qarşı yeni sanksiyalarına cavab verəcəyini açıqlayıb.

Bu barədə sualın cavabında xarici işlər nazirinin müavini belə deyib: "Sanksiyalar paketi mayın sonunda dərc olundu və təbii ki, biz buna çox mənfi reaksiya verdik."


Rusiya Xarici İşlər Nazirliyinin bu rəsmisi vurğulayıb ki, Rusiya hazırda cavab tədbirləri nəzərdən keçirir və Yaponiyanın hərəkəti cavabsız qalmayacaq.

 


Story Code: 1062112

News Link :
https://www.islamtimes.org/az/news/1062112/rusiya-yaponiyanın-sanksiyaları-cavabsız-qalmayacaq

Islam Times
  https://www.islamtimes.org