QR CodeQR Code

Kadırovdan Putinə təklif: "Əmr verin, məhv edək"

5 Jun 2023 18:10

İslamTimes: Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək, “antiterror təcrübəsinə malik çeçen bölmələri”nin (“Axmat”) Belqorod vilayətinə göndərilməsi təklifi


Teleqraf.com xəbər verir ki, Çeçenistan lideri hərəkətə keçmək üçün əmr gözlədiklərini bildirib.

“Rusiya ərazisinə soxulmuş cinayətkar qrupun mülki əhaliyə və infrastruktura zərər vermədən məhv edilməsi üçün xüsusi bilik və hazırlıq lazımdır. Burada təkcə hərbi deyil, həm də antiterror təcrübəsi lazımdır. Artıq respublikanı cinayətkar qruplaşmalardan təmizləmək təcrübəsi olan çeçen döyüşçüləri belə bir təlim keçirlər”, - Kadırov deyib.

Onun sözlərinə görə, artıq belə çeçen döyüşçülərinin ümumi sayı 70 mini ötüb:

“Bütün bölmələr Rusiya Xüsusi Təyinatlı Qüvvələri Məktəbində təlim keçib. Onlar ən müasir texnologiya və silahlarla təchiz olunub, dövlətimizin və vətəndaşlarımızın müdafiəsi üçün Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırdırlar. Bu, yaxşı qərar olacaq. Biz hazırıq, əmr gözləyirik”.

“Azad Rusiya” Legionu və “Rusiya Könüllüləri” Korpusu Belqorod vilayətində “xüsusi əməliyyat”a başladıqlarını açıqlayıb. Könüllülər məqsədlərinin Putin rejimini devirmək və Rusiyanı azad etmək olduğunu bəyan ediblər.
 


Story Code: 1062116

News Link :
https://www.islamtimes.org/az/news/1062116/kadırovdan-putinə-təklif-əmr-verin-məhv-edək

Islam Times
  https://www.islamtimes.org